Ötən il 7 məhkəmə sədrinin səlahiyyətinə xitam verilib (FOTO)


Digərləri 03 Okt 2018 18:50:00 260 0

Ötən il 7 məhkəmə sədrinin səlahiyyətinə xitam verilib (FOTO)

Təkcə ötən il qiymətləndirmə nəticəsində 20 hakim, o cümlədən 7 məhkəmə sədrinin səlahiyyətinə xitam verilib, 6 məhkəmə sədri və apellyasiya məhkəməsinin 8 hakimi aşağı işə keçirilib.

Bakı. Samir Əli - Təkcə ötən il qiymətləndirmə nəticəsində 20 hakim, o cümlədən 7 məhkəmə sədrinin səlahiyyətinə xitam verilib, 6 məhkəmə sədri və apellyasiya məhkəməsinin 8 hakimi aşağı işə keçirilib. Ədliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, bu barədə ədliyyə naziri Fikrət Məmmədov Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Şirvan Apellyasiya Məhkəməsinin və onun yurisdiksiyasına daxil olan bölgənin birinci instansiya məhkəmələri sədrlərinin və hakimlərinin iştirakı ilə geniş zona müşavirəsi zamanı deyib. Ədliyyə Nazirliyinin və Məhkəmə-Hüquq Şurasının aidiyyəti məsul işçilərinin də iştirak etdiyi müşavirədə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən tədbirlər, bu sahədə yol verilən nöqsanlar və qarşıda duran vəzifələr müzakirə olunub. Qeyd olunub ki, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi çərçivəsində məhkəmə qərarlarının ədalətliliyinin təmin olunması, şəffaflığın artırılması, korrupsiyanın yolverilməzliyi daim diqqətdə saxlanılır. Ötən dövrdə kobud qanun pozuntularına, korrupsiya hüquqpozmalarına və vətəndaşların haqlı narazılığını doğuran digər nöqsanlara yol verən hakimlər barəsində Məhkəmə-Hüquq Şurasının qərarları ilə ciddi intizam tədbirləri görülüb.