Xaçmazda 3 otaqlı ev yandı


Digərləri 03 Okt 2018 18:40:00 252 0

Xaçmazda 3 otaqlı ev yandı

Xaçmaz rayonunda yanğın olub.

Son.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, rayonun Mirzəməmmədqışlaq kəndində ümumi sahəsi 96 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının döşəməsi 2 kv.m sahədə, zirzəmisinin taxta atmaları və içərisinə yığılmış ev əşyaları 96 kv.m sahədə yanıb

Yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 16 kv.m sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.