Bakıda Nobel prospektində tıxacın SƏBƏBİNİ Vaqif Əsədov açıqladı


Digərləri 03 Okt 2018 18:06:00 255 0

Bakıda Nobel prospektində tıxacın SƏBƏBİNİ Vaqif Əsədov açıqladı

Bakının Nobel prospektində bir neçə gündür müşahidə olunan tıxacın səbəbi Babək prospekti ərazisində aparılan yol təmir-tikinti işləri ilə bağlıdır.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin Yol hərəkəti təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədov qeyd edib ki, hazırda Babək prospektində 10-cu zavod dairəsindən 8-ci km qəsəbə istiqamətində yeni yol örtüyünün çəkilməsi davam etdirilir:

"Ona görə də "Babək körpüsü" kimi tanınan ərazidən başlayaraq üzü Keşlə istiqamətində olan hissə avtomobillərin hərəkəti üçün məhdudlaşdırılıb və istiqamət dəyişdirilib. Qeyd edilən əraziyə avtomobillərlə giriş-çıxış məhdudlaşdırıldığı üçün Babək prospekti ilə gələnlər və yaxud gedənlər təbii ki, Nobel prospektindən və yaxud digər alternativ yollardan istifadə etməyə məcbur olurlar. Bu da sıxlığın və yaxud tıxacların yaranmasına səbəb olur".