“Futbolçulara “Qarabağ”ı xatırlatmalı olduğumu düşünmürəm” - Simeone


İdman 03 Okt 2018 17:24:00 271 0

“Futbolçulara “Qarabağ”ı xatırlatmalı olduğumu düşünmürəm” - Simeone

Atletico-nun  baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin II turunda Belçika Brugge-si ilə evdə keçirəcəkləri oyundan əvvəl mətbuat konfansında deyib.

48 yaşlı mütəxəssis bildirib ki, futbolçularına ötən mövsüm Qarabağ-la görüşlərdə xal itkisinə yol verdiklərini xatırlatmağa gərək yoxdur. Argentinalı baş məşqçi İspaniya La Liqasının IV turunda evdə Eibar-la 1:1 hesablı heç-heçə etdikləri oyundan nəticə çıxardıqlarını vurğulayıb: “Futbolçulara Qarabağ-la qarşılaşmalarımızı xatırlatmalı olduğumu düşünmürəm. Onlar rəqibin də yaxşı oynadığını bilirlər. Eibar-la oyundan bəri komandada irəliləyiş var. Monaco ilə görüşdə də bunu gördük. Biz əvvəlki kursumuzu davam etdirməliyik. İdeal oyunumuzu tapmaq üçün müdafiə və hücumda komanda şəklində çıxış etməliyik”.

Qeyd edək ki, ötən mövsüm ÇL-də Qarabağ-la eyni qrupda yer almış Atletico hər iki matçda Azərbaycan çempionunu məğlub edə bilməyib – 0:0, 1:1.