Əsrin məhkəməsi:


Digərləri 03 Okt 2018 17:30:00 265 0

Əsrin məhkəməsi:

ABŞ-ın Tesla korporasiyasının sahibi və artıq sabiq direktoru İlon Maska qarşı məhkəmə iddiası qaldırılıb. Şirkət əcnəbi işçilərin əməyindən qanunsuz istifadədə və miqrantları istismar etməkdə suçlanır.

Son.az ABC-yə istinadən bildirir ki, şikayətçilərin dediklərinə görə, Tesla-nın Kaliforniyadakı zavodunun rəhbərliyi miqrantlara şikayət edəcəkləri təqdirdə onları ABŞ-dan deportasiya etməklə hədələyib.

Bundan başqa, işçilər Tesla-nın müəssisələrində həmkarlar təşkilatlarının yaradılmasını tələb edirlər. Şikayətçilərdən biri, Sloveniyadan olan Qreqor Lesnikin dediyinə görə, ABŞ-a V-1 vizası ilə gəlib. O, 950 dollar maaşın müqabilində ayda 250 saat işləyib. Bu isə ABŞ-da əmək qanunvericiliyinin kobud şəkildə pozulmasıdır.

Xorvatiyadan olan Stepan Papes isə işdə daim təhdid olunduğunu, "səsinizi çıxarsanız ölkədən qovulacaqsınız" eşitdiklərini deyib.

İlon Mask isə Tesla-nın direktorlar şurasının sədri postunu tərk edəcək və 20 milyon dollar məbləğində cərimə ödəyəcək. Səbəb milyarderin Tesla-nın səhmlərini satın almaq istəyidir.


Xəbərə aid fotolar