Göygöldə ağır yol qəzası olub,


Digərləri 03 Okt 2018 17:36:00 276 0

Göygöldə ağır yol qəzası olub,

Göygöl rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Hacıməlik kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, "Mercedes" və "VAZ 2121" (Niva) markalı minik avtomobillərinin toqquşması nəticəsində Hacıməlik kənd sakinləri - 1948-ci il təvəllüdlü Allahverdiyeva Zülfinaz, 1979-cu il təvəllüdlü Allahverdiyeva Aygün və 1956-cı il təvəllüdlü Ağayeva Nailə müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır.