"Yaradanlar və yaşadanlar" adlı layihənin konserti keçirildi


Kriminal 03 Okt 2018 17:12:00 285 0

"Yaradanlar və yaşadanlar" adlı layihənin konserti keçirildi

Beynəlxalq Muğam Mərkəzində "Yaradanlar və yaşadanlar" adlı layihənin maraqlı konserti keçirilib.

Son.az xəbər verir ki, oktyabrın 2-də, Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Televiziyasının "Yaradanlar və yaşadanlar" adlı verilişinin maraqlı konserti bəstəkar Hacıbaba Həsənovun həyat və yaradıcılığına həsr edilib. 

Konsert Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Televiziyası "Mədəniyyət" kanalının təşkilatçılığı və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində reallaşıb.

Gecədə Xalq artistləri Aygün Bayramova "Unuda bilmirəm", Gülyaz Məmmədova "Tarçalan oğlan", Əməkdar artistlər Almaz Orucova "Yağma yağış", Ehtiram Hüseynov "Eşqimin növrağı", Azərbaycan Televiziyası və Radiosunun solistləri Rövşən Əziz "Ara məni sevgilim", Rəvanə Əmiraslanlı "Xatirələr" , Sədəf Budaqova "Bənövşə" mahnılarını ifa ediblər. 

İfaçıları Xalq artisti Ağacəbrayıl Abasəliyevin bədii rəhbərliyi ilə "Səadət" instrumental ansamblı müşayiət edirdi.