Gəncənin yeni başçısı 8 nəfəri işdən azad etdi


Digərləri 03 Okt 2018 17:04:00 267 0

Gəncənin yeni başçısı 8 nəfəri işdən azad etdi

Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri, baş memar Rüstəmli Əli Xasay oğlu vəzifəsindən azad olunub.

Son.az report-a istinadən xəbər verir ki, bununla bağlı şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov əmr imzalayıb. Həmin şöbənin baş məsləhətçisi Binnətov Natiq Şaməddin oğlu da vəzifəsindən çıxarılıb.

Bundan başqa, icra hakimiyyətinin Vətəndaşların qəbulu və müraciətləri ilə iş sektorunun müdiri Niyazova Lyudmila Zeynal qızı və İstehsal və xidmət sahələri sektorunun müdiri Məmmədov Azər Vilayət oğlu da işdən çıxarılıb. Şəhər təsərrüfatı şöbəsinin baş məsləhətçisi Məlikov Yusif Tofiq oğlu, Hüquq şöbəsinin məsləhətçisi Hüseynov Anar İsmayıl oğlu, Mühasibatlıq şöbəsinin aparıcı məsləhətçisi İsmayılova Səbinə İslam qızı vəzifəsindən azad edilib.