Putin: Tramp günahkar axtarırsa, güzgüdə özünə baxsın


Dünya 03 Okt 2018 17:08:00 321 0

Putin: Tramp günahkar axtarırsa, güzgüdə özünə baxsın

"Hazırda dünyada neftin qiymətlərinin artmasında günahkar axtaran ABŞ Prezidenti Donald Trampa güzgüdə özünə baxmağı məsləhət görərdim".

Son.az Trend-ə istinadən bildirir ki, bunu RF Prezidenti Vladimir Putin Rusiya energetika həftəsində deyib.

V.Putin amerikalı liderlə Helsinkidə çox yaxşı görüş keçirdiyini xatırladıb: "Lakin əgər biz bu mövzuya toxunsaydıq, mən ona deyərdim ki, əgər neftin qiymətinin qalxmasında günahkar axtarırsansa, güzgüyə baxmağın lazımdır".