İranda ona işgəncə verən ərini öldürən qadın asıldı


Dünya 03 Okt 2018 16:48:00 305 0

İranda ona işgəncə verən ərini öldürən qadın asıldı

İranda əri tərəfindən verilən işgəncələrə dözməyib onu öldürən 24 yaşlı Zeynəb Sekaanvand edam olunub.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə İran Milli Müqavimət Şurasının Qadınlar Komitəsi öz internet səhifəsində məlumat yayıb.

Z. Sekaanvandın yaxınlarının bildirdiyinə görə, o Urmiya Mərkəzi Həbsxanasında asılıb.

Müqavimət Şurası Z. Sekaavandın asılmasını pisləyib, insan haqları müdafiəçilərini İrandakı edamlara qarşı çıxmağa çağıran bəyanatla çıxış edib.