Sentyabr ayında 142-Çağrı Mərkəzinə 12 493 müraciət daxil olub


Digərləri 03 Okt 2018 16:43:00 207 0

Sentyabr ayında 142-Çağrı Mərkəzinə 12 493 müraciət daxil olub

Ötən ay Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 142-Çağrı Mərkəzinə 12 493 müraciət daxil olub.

Bakı. Ötən ay Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 142-Çağrı Mərkəzinə 12 493 müraciət daxil olub. ƏƏSMN-dən Trend-ə verilən məlumata görə, müraciətlər sosial təminat, əmək qanunvericiliyi, pensiya və müavinətlər, sosial sığorta, məşğulluğun təminatı, tibbi-sosial ekspertiza və reabilitasiya, əmək və sosial müdafiə sahəsində elektron xidmətlərdən istifadə və s. ilə bağlı məsələləri əhatə edib.