Putin: Tramp günahkar axtarırsa, güzgüdə özünə baxsın
Digərləri 03 Okt 2018 16:34:21 220 0
"Tramp günahkar axtarırsa, güzgüdə özünə baxsın".
Bakı.
"Hazırda dünyada neftin qiymətlərinin artmasında günahkar axtaran ABŞ Prezidenti Donald Trampa güzgüdə özünə baxmağı məsləhət görərdim".
Trend-in məlumatına görə, bunu RF Prezidenti Vladimir Putin Rusiya energetika həftəsində deyib.
V.Putin amerikalı liderlə Helsinkidə çox yaxşı görüş keçirdiyini xatırladıb: "Lakin əgər biz bu mövzuya toxunsaydıq, mən ona deyərdim ki, əgər neftin qiymətinin qalxmasında günahkar axtarırsansa, güzgüyə baxmağın lazımdır".
Mənbə: az.trend.az