UEFA CSKA-nın şikayətini qəbul etmədi


İdman 03 Okt 2018 15:51:00 258 0

UEFA CSKA-nın şikayətini qəbul etmədi

"Moskvanın CSKA klubunun qapıçı Akinfeyevə görə şikayəti qəbul edilməyəcək. Hakim ikinci sarı kartı səhvən başqa bir futbolçuya göstərərsə, qərar yalnız həmin halda dəyişə bilər”.

Goal.az xəbər verir ki, UEFA-nın mətbuat xidmətinin nümayəndəsi belə deyib. Xatırladaq ki, çempionlar liqasının 2-ci turunda keçirilən CSKA-Real matçında meydan sahiblərinin qolkiperi İqor Akinfeyev meydandan qovulub. Qarşılaşmanın rumıniyalı baş hakimi onu 2 sarı kartla cəzalandırıb. UEFA-nın reqlamenti qərarın dəyişdirilməsinə imkan vermir. Qolkiper Roma ilə oyunda meydana çıxmayacaq.