Ermənistan parlamenti dekabrda növbədənkənar seçkilər keçirmək təklifini qəbul etməyib


Dünya 03 Okt 2018 16:12:00 313 0

Ermənistan parlamenti dekabrda növbədənkənar seçkilər keçirmək təklifini qəbul etməyib

Ermənistanın Milli Məclisində təmsil olunan 4 partiya qrupundan üçü ölkədə növbədənkənar parlament seçkilərinin gələn il keçirilməsini təklif ediblər.

Son.az report-a istinadən xəbər verir ki, parlamentin iclasında Respublikaçılar Partiyası, Daşnaksütyun Partiyası, Çiçəklənən Ermənistan Partiyasının üzvü olan millət vəkilləri parlament seçkilərini baş nazir Nikol Paşinyanın istədiyi kimi bu ilin dekabr ayında yox, 2019-cu ilin may ayında keçirilməsini məqsədəuyğun hesab ediblər.