Komitədən 1ci qrup əlildən 3 il sonra gömrük rüsumu tələb olunmasına münasibət: "Məsələ birdəfəlik həll olunub"


Digərləri 03 Okt 2018 16:04:00 294 0

Komitədən 1ci qrup əlildən 3 il sonra gömrük rüsumu tələb olunmasına münasibət: "Məsələ birdəfəlik həll olunub"

Dövlət Gömrük Komitəsi (DGK) 1-ci qrup əlil Tural Əliyevdən 2016-cı ildə xaricdən sifariş etdiyi əlil arabasına görə gömrük orqanları tərəfindən 3 il sonra gömrük rüsumlarının tələb olunması barədə yayılan məlumata münasibət bildirib.

Komitədən Son.az-a bildirilib ki, xaricdən gətirilən əlil arabalarına görə ödəniləcək gömrük vergi və rüsumları ilə bağlı mövcud qanunvericilikdə hər hansı güzəşt nəzərdə tutulmayıb:

"Tural Əliyevin 2016-cı ildə gətirdiyi əlil arabası isə istisna hal kimi gömrük rüsumu alınmadan rəsmiləşdirilib. Son dövrlərdə gömrük sahəsində maliyyə-vergi intizamının daha da gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində gömrük vergi və rüsumlarını ödəməyən şəxs və qurumlara yenidən müraciətlər olunur. Belə müraciətlərdən biri də Tural Əliyevə edilib".