Bakıya səyahət bələdçisi


Digərləri 03 Okt 2018 15:32:00 311 0

Bakıya səyahət bələdçisi

Yəqin ki, Azərbaycanın paytaxtı Bakının adını eşitmisiniz. O, Azərbaycanın əhalisi ən sıx olan bölgəsidir. Yaxın keçmişdə Azərbaycanın əsas gəlir mənbəyi neft idisə, son illər ölkədə turizm sənayesi də nəzərəçarpacaq dərəcədə inkişaf edib. Paytaxt Bakıda çox gözəl dənizkənarı bulvar, geniş parklar, çoxsaylı tarixi binalar var. Şəhərdə rahat şəraitin yaradılması oraya çox sayda turistin üz tutmasına yol açıb. Beləliklə, artıq Azərbaycan paytaxı xarici turistlər, xüsusilə də iranlılar üçün ən sevimli səyahət istiqamətlərindən birinə çevrilib.

Azərbaycan xalqı maraqlı mədəniyyətə, adət-ənənələrə malikdir. Odur ki, onun milli bayramlarında iştirak sizin üçün əyləncəli olacaq. Ümumiyyətlə, Bakı hər yaş üçün cəlbedicidir. Beləkilə, Azərbaycan paytaxtının turistik və əyləncə məkanları ilə daha yaxından tanış olaq.

1. "Alov qüllələri"

"Alov qüllələri" artıq Bakı şəhərinin rəmzinə çevrilib. O, yanaşı inşa edilmiş 3 göydələndən ibarətdir. 3 bina birlikdə alova bənzəyir. Onlardan ən ucası 190, ən qısası isə 120 metr hündürlüyə malikdir. "Alov qüllələri"ni unikal və maraqlı edən göydələnlərin fasadında 10 mindən çox lampanın yanmasıdır. Bu lampalar gecə boyu yanmaqla, binaların fasadını nəhəng LCD ekranına çevirir.

"Alov qüllələri"nin inşası 2013-cü ildə başa çatıb və o andan bu binalar Azərbaycan paytaxtının rəmzinə çevrilib. Qülləldə yaşayış mənzilləri, otel və ticarət mərkəzi yer alır. Bakıya səfər zamanı bu unikal qüllələri mütləq ziyarət edin.

2. Bakı bulvarı

Dənizkənarı Milli Park kimi də tanınan Bakı bulvarı Azərbaycan paytaxtının görməli yerlərindən daha biridir. Xəzər dənizinin sahili boyunca uzanan bulvar turistlər üçün gözəl istirahət məkanıdır. Burada hava gözəl, gəzinti zolağı rahat, kafelər müasirdir. Bir sözlə, Bakı bulvarı gəzinti və ya uşaqlarla birlikdə əylənmək istəyənlər üçün olduqca əlverişli məkandır. Oraya gedən zaman özünüzlə fotoaparat götürməyi unutmayın.

3. İçərişəhər

Bakının İçərişəhər adlanan qədim hissəsinə də baş çəkin. Azərbaycanın tarixi və keçmişilə tanış olmaq, xalqı daha yaxşı tanımaq üçün bu məkanı ziyarət etmək lazımdır. Qədim memarlıq üslubuna malik İçərişəhər XI-XIX əsrlər arasında tədricən inşa olunub. Burada gəzintiyə çıxsan zaman sanki keçmişə qayıdır, qədim Bakı ilə üz-üzə qalırsınız. Binaların üzərində keçmişə aid naxışlar hələ də qalmaqdadır. Başqa sözlə, azərbaycanlıların qədim və müasir dünyasını bir arada görmək istəyirsinizsə, İçərişəhərə yollanın.

4. Fəvvarələr meydanı

Fəvvarələr meydanı şəhərin ən əhəmiyyətli yerlərindən biri sayılır. Keçmişdə bura "Parapet bağı" adlanıb. Sonradan meydanda gözəl fəvvarələr qurulub və ondan sonra ərazi Fəvvarələr meydanı kimi tanınırb. Əyləncə, gəzinti üçün əla məkan olan bu meydanda demək olar ki, hər yanda mağazalar, kafelər var. Ora bayramlarda və ya istirahət günlərində baş çəksəniz, insan izdihamı ilə rastlaşacaqsınız. Lakin bu, sizdə narahatlıq yaratmayacaq.

Bu meydandan zaman-zaman müxtəlif tədbir və festivalların keçirilməsi üçün də istifadə edilir.

5. Bibiheybət məscidi

Bibiheybət məscidi Azərbaycanın ən qədim ziyarətgahlardandır. Onun tarixi XIII əsrə gedib çıxır. Bir dəfə tamamilə məhv edilmiş məscid son olaraq 1997-ci ildə bugünkü formasında bərpa edilib. Bu baxımdan məbədin XX əsrdə inşa olunduğunu da söyləmək olar.

Bibiheybət məscidində üç böyük və möhtəşəm günbəz,  iki minarə var. Şəhərdəki görməli yerlər arasında bu məscid də yer alır.