“CinemaPlus”da "Ulduz doğuldu" musiqili filmin nümayişi keçirildi


Digərləri 03 Okt 2018 15:20:00 289 0

“CinemaPlus”da "Ulduz doğuldu" musiqili filmin nümayişi keçirildi

"Gənclik Mall" TM-də yerləşən "CinemaPlus" premium kinoteatrında premyeradan 2 gün öncə "Ulduz doğuldu" musiqili filmin nümayişi keçirilib.

Son.az xəbər verir ki, "Ulduz doğuldu" - Amerika musiqili dramı, klassik Hollywood filminin üçüncü remeykidir. Film tanınmış amerikalı ifaçı - Lady Gaga ilə birlikdə əsas rollardan birini oynayan məşhur aktyor Bredli Kuperin rejissorluq debütü oldu.

Filmdə, həmçinin Sem Elliot, Deyv Çeppell, Entoni Ramos, Bonni Somervill və başqaları rol alıblar . Film haqqında qısaca olaraq: Kantri-musiqiçi Cekson Meyn, hansının ki, karyerası aşağı düşür, bir gün tanınmamış istedadlı müğənni Elli ilə tanış olur. Qəhrəmanlar arasında sevgi macərası başlayır. Cek Elliyə uğur qazanmağa kömək edir. Lakin Ellinin musiqi karyerası inkişaf etdikcə, bir o qədər də Cek aşağı düşən şöhrəti ilə barışa bilmir.