Bakı sakinlərinin sayı ən yüksək həddə çatıb Paytaxtda hər il əhalinin sayı 2030 min nəfər artır


Digərləri 03 Okt 2018 14:47:00 263 0

Bakı sakinlərinin sayı ən yüksək həddə çatıb  Paytaxtda hər il əhalinin sayı 2030 min nəfər artır

Son 120 ilin statistik göstəricilərinə əsasən, Bakı əhalisinin sayı bu ilin əvvəlində ən yüksək həddə çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, 2018-ci ilin əvvəlində Bakının 2 milyon 262 min 600 nəfər əhalisi olub ki, bu da paytaxt üçün son 120 ilin ən yüksək göstəricisi sayılır.

Yalnız 1990-91-ci illər istisna olmaqla, demək olar ki, paytaxt əhalisinin sayında hər il artım müşahidə edilib.

Son dövrlərdə il ərzindəki artım göstəricisinin əvvəlki dövrlərlə müqayisədə bir qədər azalmasına baxmayaraq, əhalinin ümumi sayında yenə də hiss ediləcək artım var.