"Göydən gəlmişəm, kimsə mənə nəsə deyə bilməz"


Şou-biznes 03 Okt 2018 14:40:00 255 0

"Göydən gəlmişəm, kimsə mənə nəsə deyə bilməz"

Deyirlər, Elnarə toya tək bu qiymətə gəlir, mən ansambılla belə gedirəm. Öyrən oxumağı, sən də 15 minə toya get.

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri əməkdar artist Elnarə Abdullayeva "Səhər-səhər" verilişində deyib.

Muğam ifaçısı musiqinin son vəziyyətindən gileylənib. Elnarə deyib ki, sənət aləmindəki hazırkı vəziyyət yaxşı deyil:

"Azərbaycan musiqisində balans pozulub. Bunu nizamlayan bir oğul lazımdır. Azərbaycan musiqisinin bir anası və bir atası var: aşıq və muğam. Muğam və aşıq sənətindən xəbəri olmayan musiqiçi deyil.