Kimya üzrə Nobel mükafatları təqdim olundu


Dünya 03 Okt 2018 14:24:00 281 0

Kimya üzrə Nobel mükafatları təqdim olundu

Bu gün İsveçin paytaxtı Stokholmda 2018-ci il Nobel həftəsi çərçivəsində kimya üzrə mükafat təqdim olunub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu il bu mükafat Frensis Arnold, Corc Smit və Qreqori Vinterə təqdim olunub.

Onlar kimyəvi molekulların təkamülü sahəsində işlərinə görə mükafata layiq görülüb.