Novxanıda avtomobil 2 piyadanı vurdu, hər ikisi öldü


Digərləri 03 Okt 2018 13:53:00 255 0

Novxanıda avtomobil 2 piyadanı vurdu, hər ikisi öldü

Binəqədi rayonunun Novxanı qəsəbəsi ərazisində “İSUZU” markalı avtomobillə qəsəbə sakinləri A.Qasımov və R.Bayramov vurulublar

Bakı. Binəqədi rayonunun Novxanı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən Trend-ə verilən məlumata görə, oktyabrın 2-də saat 10 radələrində Binəqədi rayonunun Novxanı qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini Fəxrəddin Bəşirov idarə etdiyi “İSUZU” markalı avtomobillə yolun kənarı ilə gedən qəsəbə sakinləri Ayxan Qasımovu və Rasim Bayramovu vurub. Nəticədə onlar hadisə yerində ölüblər.