Tramp ABŞın ən zəngin 400 adamı reytinqindən çıxmaq üzrədir


Dünya 03 Okt 2018 13:14:00 218 0

Tramp ABŞın ən zəngin 400 adamı reytinqindən çıxmaq üzrədir

ABŞ Prezidenti Donald Trampın var-dövləti 3,1 milyard dollaradək azalıb və bunun nəticəsində o, "Forbes 400"ün versiyasına görə, ABŞ-ın ən zəngin 400 adamı reytinqində 138 pillə geriləyib.

Son.az xəbər verir ki, bu barədə report RİA "Novosti"yə istinadən xəbər verir.

Qeyd edək ki, 2015-ci ildə D.Trampın var-dövləti 4,5 milyard dollar civarında qiymətləndirilib. Başqa sözlə, bu müddətdə o, milyard dollardan çox itirib.

Əlavə edək ki, "Forbes 400"ün tam reytinqi bu gün açıqlanacaq. 2017-ci ilin analoji reytinqində D.Tramp 248-ci sırada qərarlaşıb.