Belqradda “Melissa – Libraries along the silk road” adlı beynəlxalq elmi konfrans keçirilib


Digərləri 03 Okt 2018 13:13:59 468 0

Belqradda “Melissa – Libraries along the silk road” adlı beynəlxalq elmi konfrans keçirilib

Belqrad Dövlət Universitetinin filologiya fakültəsində MELİSSA – İpək Yolu Üzərində Kitabxanalar (MELİSSA – LİBRARİES ALONG THE SİLK ROAD) adlı beynəlxalq elmi konfrans keçirilib.

Bakı. Oktyabrın 1-də Belqrad Dövlət Universitetinin filologiya fakültəsində MELİSSA – İpək Yolu Üzərində Kitabxanalar (MELİSSA – LİBRARİES ALONG THE SİLK ROAD) adlı beynəlxalq elmi konfrans keçirilib. Trend-in məlumatına görə, Sözügedən konfransın açılış mərasimi Azərbaycan Dillər Universitetinin təşəbbüsü və Azərbaycanın Serbiyadakı səfirliyinin dəstəyi ilə Serbiyanın Belqrad Universitetinin filologiya fakültəsində yaradılmış Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində baş tutub. Azərbaycan Dillər Universitetinin də təşkilatçılarından biri olduğu olan konfransda İran, Bolqarıstan, Bosniya və Herseqovina, Serbiya, ABŞ, Çernoqoriya, İtaliya, Azərbaycan və digər ölkələrdən bir çox alim və elm adamı iştirak edib. Konfransın açılışında akademik M.Vuksanoviç, universitet kitabxanasının direktoru professor A.Yerkov, Belqrad şəhər kitabxanasının direktoru Y.Ninkov və filologiya fakültəsinin dekanı L.Markoviç çıxış edib.