UNISEF: Azərbaycanda körpələrin yalnız ana südü ilə qidalandırılması səviyyəsi hələ də aşağıdır


Digərləri 03 Okt 2018 13:05:00 328 0

UNISEF: Azərbaycanda körpələrin yalnız ana südü ilə qidalandırılması səviyyəsi hələ də aşağıdır

Azərbaycanda körpələrin yalnız ana südü ilə qidalandırılması səviyyəsi hələ də aşağıdır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu UNISEF-in Azərbaycandakı nümayəndəsinin müavini Min Yuan deyib.

UNISEF-in də Azərbaycana ana südü ilə qidalandırma səviyyəsinin artmasına dəstək verdiyini deyən M.Yuan qeyd edib ki, son illər ərzində Azərbaycanda ana və körpə sağlamlığı sahəsində çox mühüm işlər görülüb və görülən işlər öz bəhrəsini verməkdədir.