Vitse-spiker: Azərbaycan dövləti öz vətəndaşlarının nəzarətdən kənar zonalarda əziyyət çəkməsi ilə barışa bilməz


Digərləri 03 Okt 2018 13:02:00 273 0

Vitse-spiker: Azərbaycan dövləti öz vətəndaşlarının nəzarətdən kənar zonalarda əziyyət çəkməsi ilə barışa bilməz

İraqda olan azərbaycanlı uşaqların ölkəyə qaytarılması o qədər də asan iş deyil.

Bakı. Elçin Mehdiyev – İraqda olan azərbaycanlı uşaqların ölkəyə qaytarılması o qədər də asan iş deyil. Trend-in məlumatına görə, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib. B.Muradova bildirib ki, bununla bağlı müxtəlif məlumatlar gəlir: “Milli Məclisin İnsan hüquqları komitəsi olaraq bir neçə dəfə öz yaxın qohumlarının uşaqları İraqda olan insanları qəbul edərkən konkret faktlarla bağlı məlumatlar almışıq. Komitəyə edilən çoxsaylı müraciətləri müvafiq orqanlara ünvanlamışıq. Aldığımız cavablardan da bəllidir ki, bu iş davam etdirilir, hökumətlərarası münasibətlərlə tənzimlənir”. Vitse-spiker qeyd edib ki, bu məsələ o qədər asan və rahat iş deyil: “Azərbaycan dövləti öz vətəndaşlarının nəzarətdən kənar zonalarda bu şəkildə əzab-əziyyətə düçar olması ilə barışa bilməz. Ölkəmiz öz imkanları çərçivəsində nəticəyə hesablanan fəaliyyət aparır və arzu edək ki, bu fəaliyyət səmərəsini versin”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin