Qatarla avtobusun toqquşması nəticəsində xəsarət alan 2 qardaşdan


Digərləri 03 Okt 2018 12:54:18 307 0

Qatarla avtobusun toqquşması nəticəsində xəsarət alan 2 qardaşdan

Oktyabrın 1-də Bakıda 160 saylı marşrut avtobusunun qatarla toqquşması nəticəsində xəsarət alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilən 4 yaralıdan 2 nəfər evə buraxılıb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Məlumatda bildirilir ki, hadisə nəticəsində xəsarət alan 1984-cü il təvəllüdlü Abdulov Rahim Kərim oğlu və 1986-cı il təvəllüdlü Abdulov Rizvan Kərim oğlunun vəziyyətləri normallaşdığı üçün evə buraxılıb:

"Hazırda mərkəzdə iki xəstə - 1983-cü il təvəllüdlü Aygün Babayeva və onun qızı, 2013-cü il təvəllüdlü qızı Əsnat Babalı müalicə alır. Uşağın vəziyyəti də normaldır, ola bilsin ki, bu gün evə buraxıldı. Amma Aygün Babayevanın vəziyyəti hələ də ağırdır. Əməliyyat olunub, ağır vəziyyətdə olsa da, stabildir".