Qatarla avtobusun toqquşması nəticəsində xəsarət alan daha 2 nəfər evə buraxıldı


Digərləri 03 Okt 2018 12:39:00 220 0

Qatarla avtobusun toqquşması nəticəsində xəsarət alan daha 2 nəfər evə buraxıldı

Oktyabrın 1-də Bakıda 160 saylı marşrut avtobusunun qatarla toqquşması nəticəsində xəsarət alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilən 4 yaralıdan 2 nəfər evə buraxılıb.

Bakı. Samir Əli – Oktyabrın 1-də Bakıda 160 saylı marşrut avtobusunun qatarla toqquşması nəticəsində xəsarət alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilən 4 yaralıdan 2 nəfər evə buraxılıb. Bu barədə Trend-ə Kliniki Tibbi Mərkəzdən məlumat verilib. Məlumatda bildirilir ki, hadisə nəticəsində xəsarət alan 1984-cü il təvəllüdlü Abdulov Rahim Kərim oğlu və 1986-cı il təvəllüdlü Abdulov Rizvan Kərim oğlunun vəziyyətləri normallaşdığı üçün evə buraxılıb: