Naxçıvan avtomobil zavodu elektromobil istehsal edəcək FOTO


Digərləri 03 Okt 2018 12:26:00 363 0

Naxçıvan avtomobil zavodu elektromobil istehsal edəcək  FOTO

Naxçıvan avtomobil zavodu elektromobil istehsal edəcək istehsal edəcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, zavod avtomobil sənayesində müasir dövrün ən aktual məsələsi olan elektriklə çalışan avtomobillər istehsal etmək üçün hazırlıqlar görür və qısa zamanda bu layihəni həyata keçirməyi planlaşdırır.

Naxçıvan avtomobil zavodunun direktoru Musa Abdullayev deyib ki, bu, həm qənaətlilik, həm də ekoloji cəhətdən ən öndə duran məsələlərdən biridir: "Bundan əlavə olaraq LİFAN minivenlərinin bazasında "təcili tibbi yardım" üçün istifadə oluna biləcək avtomobillər sifariş etmiş və 2019-cu ilin əvvəlində təcrübə-sınaq məqsədilə eksperimental nümunələrin yığımını həyata keçirəcək".

Zavod direktoru qeyd edib ki, Naxçıvan avtomobil zavodu blokada şəraitində olan Muxtar Respublikada təsis olunub və 2010-cu ildə fəaliyyətə başlayıb: "Məqsəd Muxtar Respublikanın sosial-iqtisadi, ictimai məsələlərində iştirak etmək, iqtisadiyyatın inkişafına öz təhvəsini verməkdən ibarət idi. Bugünədək zavodda 5000-dən çox avtomobil istehsal olunub. Zavodda ilkin olaraq LİFAN markalı 4 model avtomobil istehsal olunub və NAZ-LİFAN brendi altında satışa çıxarılır. Hal-hazırda ticari avtomobillər də daxil olmaqla model sırası 14 fərqli modeldən ibarətdir".