"Qarabağ klanı" Nikol Paşinyanı devirə bilər


Dünya 03 Okt 2018 12:17:00 217 0

"Qarabağ klanı" Nikol Paşinyanı devirə bilər

Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsi müzakirə olunur.

Son.az modern.az-a istinadən xəbər verir ki, baş nazir Nikol Paşinyanla koalisiyaya girən "Çiçəklənən Ermənistan" partiyasının üzvü, vitse-spiker Mikael Melkumyan hökumət rəhbəri ilə yeni seçkilər barədə heç bir razılıq əldə etmədiklərini deyib.

"Biz Paşinyanla heç bir razılıq əldə etməmişik. Hökumətin planı təqdim olundu və biz onunla tanış olduq. Seçkilərin 1 il ərzində keçirilməsini istəyirik. Amma bunun üçün seçki məcəlləsi dəyişməlidir".