Deputat: "Milli Məclisdə qanunverici bazanın təkmilləşdirilməsi istiqamətində böyük işlər görülür"


Digərləri 03 Okt 2018 11:53:00 259 0

Deputat: "Milli Məclisdə qanunverici bazanın təkmilləşdirilməsi istiqamətində böyük işlər görülür"

Bəzən mətbuatda yazırlar ki, deputatlar ayda bir-iki dəfə yığışır, iş görmürlər. Amma biz çalışırıq. Məsələn, parlamentin İnsan hüquqları komitəsi hesabatını təqdim etdi. Özünüz də gördünüz ki, nə qədər iş görülüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Yevda Abramov deyib.

O qeyd edib ki, təkcə Milli Məclisin sədri Oqtay Əsədovun gördüyü iş bir komitənin gördüyü işə dəyər: "Bəzən bunu jurnalistlər görmürlər. Onlar elə bilirlər ki, ayda iki-üç dəfə parlamentin plenar iclasında otururuq, başqa işimiz yoxdur. İşimiz bundan ibarət deyil. Milli Məclisdə qanunverici bazanın təkmilləşdirilməsi istiqamətində böyük işlər görülür".