"İnsanlara 30 qəpik gözü ilə baxırlar"


Digərləri 03 Okt 2018 11:47:00 273 0

"İnsanlara 30 qəpik gözü ilə baxırlar"

Bakıda ölümlə nəticənən avtobus qəzasından sonra nəqliyyatdakı arzuolunmaz vəziyyət yenidə gündəmə gəlib. 

Son.az ARB TV-yə istinadən xəbər verir ki, intervalları təxminən 1-2 dəqiqə olduğu halda bəzi avtobuslar dayanacaqda daha çox dayanır, sonra isə itirdikləri vaxtı yolda qazanmağa çalışırlar. Sakin: "Möhkəm sürürlər, deyəndə ki, yavaş sür, deyir xoşun gəlmirsə, düş, başqa avtobusda get". Sakin: "İnanın ki, özünə hörmət edən bu avtobuslara minməz. Çarəsizikdən minirik". Maraqlısı odur ki, çəkiliş zamanı kameranı görüb tələm-tələsik avtobusu vaxtından daha tez yola salan dispetçerə də rast gəldik, yolun ortasında saxlanılan, sükanı boş olan avtobusa da. Ekspertlər də ictimai nəqliyyatda baş verən qəzaların əksəriyyətinin interval problemindən yarandığını deyirlər. Daşıyıcının sürücü qarşısında qoyduğu bu tələb sürücünü tələsdirir. Elməddin Muradlı - Ekspert: "Yol-nəqliyyat hadisəsi baş verə bilər. Plana işləyirlər. Əsas odur ki, axşama pul çıxsın. Hər şeyin başında pul dayanır. İnsanlara 30 qəpik gözündə baxırlar". Digər problem sürücülərin işə götürülməsilə bağlıdır. Məsələn, ötən gün baş verən qəzanın əsas səbəbkarı kimi bilinən sürücünün narkotik istifadəçisi olduğu, bundan əlavə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətdiyinə görə daha əvvəllər məhkum olunduğu üzə çıxdı. Belə bir insanı yenidən sükan arxasına əyləşdirən, üstəlik ictimai nəqliyyatı həvalə edən daşıyıcıların bu işdə marağı nədir?Mütəxəssislərin sözlərinə görə, onlar üçün əsas olan planın doldurulmasını təmin etməkdir. Bakı Nəqliyyat Agentliyi sözügedən problemlərin həlli üçün kart sistemindən istifadənin genişliyini vacib sayır. Mais Ağayev - BNA-nın Mətbuat xidmətinin rəhbəri: "Kart sistemi tətbiq edildiyi zaman artıq avtobusların intervalında və vahid dispetçer məntəqəsindən idarə olunmasında hər hansı bir problem müşahidə olunmayacaq. Nağdsız sistemin olması həm də o deməkdir ki, sürücülər plana işləməyəcəklər". İşə qəbulla bağlı məsələyə gəlincə, qurum rəsmisi deyir ki, agentliyin bu prosesdə heç bir iştirakı olmadığından hazırda vəziyyətə tam nəzarət edə bilmir. Yanlış sistemin doğurduğu fəsadların nəticəsidir ki, sükan arxasında qeyri-peşəkar, naşı sürücülər əyləşirlər. Agentlik rəsmisinin sözlərinə görə, bu cür halların aradan qaldırılması üçün sərnişindaşıma fəaliyyətilə ayrı-ayrı sahibkarların deyil, aidiyyəti orqanların məşğul olması istiqamətində işlər aparılır.


Xəbərə aid fotolar