Azərbaycanla Rusiya arasında elektroenergetika sahəsində əməkdaşlığa dair işçi qrupunun iclası keçiriləcək


Digərləri 03 Okt 2018 10:10:00 189 0

Azərbaycanla Rusiya arasında elektroenergetika sahəsində əməkdaşlığa dair işçi qrupunun iclası keçiriləcək

Sabah Moskvada “Rusiya enerji həftəsi” adlı Beynəlxalq Forum çərçivəsində Azərbaycanla Rusiya arasında elektroenergetika sahəsində əməkdaşlığa dair işçi qrupunun iclası keçiriləcək.

Bakı. Sabah Moskvada “Rusiya enerji həftəsi” adlı Beynəlxalq Forum çərçivəsində Azərbaycanla Rusiya arasında elektroenergetika sahəsində əməkdaşlığa dair işçi qrupunun iclası keçiriləcək. Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, iclasda yüksək gərginlikli elektrikötürücü xəttin ikinci növbəsinin tikintisi, “Samur” çayının hidroenergetik resurslarının öyrənilməsi, Rusiyanın “Vahid Enerji Sisteminin Sistem Operatoru” SC ilə “Azərenerji” ASC arasında əməkdaşlıq, iki ölkə arasında rabitə kanallarının təkmilləşdirilməsi və s. məsələlərin müzakirəsi nəzərdə tutulub.