Bakıda “Simurq” uşaq musiqi festivalı keçirilir FOTO


Digərləri 03 Okt 2018 09:50:22 293 0

Bakıda “Simurq” uşaq musiqi festivalı keçirilir  FOTO

Bakı Media Mərkəzinin dəstəyi ilə "Simurq" uşaq musiqi festivalı layihəsi həyata keçirilir.

Son.az xəbər verir ki, Mərkəzdən Trend-ə verilən məlumata görə, festivalın başlıca məqsədi Azərbaycanın gənc, istedadlı musiqiçilərini önə çıxarmaq və dəstək olmaq, eləcə də onlara ifaçılıq sənətində peşəkar bilik və bacarıqlar öyrətməkdir.

Layihənin müəllifi və rəhbəri tanınmış pianoçu, nüfuzlu beynəlxalq müsabiqələrin laureatı Səidə Tağızadədir.

Gələcəkdə festivalın bütün musiqi alətlərini əhatə etməsi nəzərdə tutulur. Hələlik isə layihədə yalnız 7-18 yaş arası pianoçular iştirak edir.

Festivalın hazırkı mərhələsində 10 nəfər iştirakçı seçilib. Layihə çərçivəsində iştirakçılar Azərbaycan, Rusiya və başqa ölkələrdən olan tanınmış pedaqoqların, musiqiçilərin ustad dərslərində iştirak edəcək. Bundan başqa, gənc ifaçılara səhnədə düzgün və peşəkar davranışa dair təlimlər keçiriləcək.


Xəbərə aid fotolar