Bakı metrosu SABAH gücləndirilmiş rejimə keçəcək - SƏBƏB?


Digərləri 03 Okt 2018 09:42:00 249 0

Bakı metrosu SABAH gücləndirilmiş rejimə keçəcək - SƏBƏB?

Bakı metrosu "Qarabağ" - "Arsenal" oyunu ilə bağlı gücləndirilmiş rejimə keçəcək.

Bakı. Samir Əli - Oktyabrın 4-də Bakı Metropoliteni UEFA Avropa Liqası çərçivəsində Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Arsenal" oyunu ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq. Bu barədə Trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, metropolitendə həmin stadionda keçirilən tədbirlərlə bağlı təsdiq olunmuş əməliyyat planı var: "Bu plana uyğun olaraq, "Koroğlu" stansiyası oyuna 2 saat qalmışdan futbol matçı başa çatması ilə əsas tamaşaçı kütləsinin axını tam tənzimlənənə qədər gücləndirilmiş rejimində işləyəcək".