Sərbəst güləş üzrə yığmamızın dünya çempionatına hazırlığı davam edir (FOTO)


Digərləri 03 Okt 2018 09:21:00 297 0

Sərbəst güləş üzrə yığmamızın dünya çempionatına hazırlığı davam edir (FOTO)

Sərbəst güləş üzrə yığmamızın Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışı davam edir

Bakı. Sərbəst güləş üzrə yığmamızın Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışı davam edir. Trend-in məlumatına görə, oktyabrın 20-dən 28-dək Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatına hazırlaşan millimizin bu gün baş tutan məşqini Azərbaycan Güləş Federasiyasının (AGF) prezident əvəzi Namiq Əliyev də izləyib. Hazırlıq prosesi başa çatdıqdan sonra AGF-nin rəhbəri komanda ilə görüşüb. Bu yaxınlarda Slovakiyanın Trnava şəhərində təşkil olunmuş gənc güləşçilərin dünya çempionatında medal qazanan idmançılarımızı təbrik edən Namiq Əliyev böyüklərin mundialında da bir neçə gənc güləşçiyə şans veriləcəyini deyib və komandaya uğurlar arzulayıb.