Vasif Talıbov axundlara maşın hədiyyə etdi


Digərləri 03 Okt 2018 09:17:24 245 0

Vasif Talıbov axundlara maşın hədiyyə etdi

Naxçıvanda dini icmalar üçün xidməti avtomobillər verilib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, maşınlar Babək qəsəbəsində məscid və mərasim evinin istifadə verilməsi zamanı təqdim olunub.

Açılışda çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov deyib ki, Azərbaycan Konstitusiyasına əsasən din dövlətdən ayrıdır. "Lakin buna baxmayaraq dövlətimiz dini-mənəvi dəyərlərimizin qorunub yaşadılmasına qayğı göstərir, dindarlar üçün hərtərəfli şərait yaradır. Dindarlarımız isə ölkəmizdəki sabitliyin qorunmasına, İslam dininin olduğu kimi təbliğinə xüsusi diqqət yetirirlər. Birgə fəaliyyətin nəticəsidir ki, ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında dövlət-din münasibətləri qarşılıqlı anlaşma və hörmət əsasında qurulub".