ABŞ Məxfi Xidməti Trampa ünvanlanan şübhəli zərfi ələ keçirib


Dünya 03 Okt 2018 08:55:00 259 0

ABŞ Məxfi Xidməti Trampa ünvanlanan şübhəli zərfi ələ keçirib

ABŞ Məxfi Xidməti oktyabrın 1-də prezident Donald Trampa ünvanlanan şübhəli zərfi ələ keçirib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkə başçısının təhlükəsizliyinə cavabdeh olan təşkilatın yaydığı məlumatda deyilir.

Məlumatda deyilir: "Məxfi Xidmət 2018-ci ilin oktyabrın 1-də prezidentə ünvanlanan şübhəli zərfin alınmasının təsdiq edir. Zərf Ağ Evdə alınmayıb və ora heç vaxt düşməyib".