Azərbaycanlı qadınla evləndirmək adı ilə 5 min manatını aldılar


Kriminal 03 Okt 2018 08:59:00 303 0

Azərbaycanlı qadınla evləndirmək adı ilə 5 min manatını aldılar

Türkiyənin Bolu şəhərində yaşayan şəxsi Azərbaycan əsilli qadınla evləndirmə vədi ilə 18 min türk lirəsini (təxminən 5 min manat) alıblar.

Son.az xəbər verir ki, Şərafəddin Çevik adlı şəxs Ağır Cinayətlər üzrə Məhkəməyə müraciət edib

Onun sözlərinə görə, Mətin Xəbərçi adlı şəxs Azərbaycan əsilli Mərvə adlı qadınla tanış edib. Bir müddət sonra cütlük evlənməyə qərar verib. Ancaq qadının Türkiyədə yaşamaq icazəsi olmayıb. Ş.Çevik qadınla evlənməklərinə yeganə mane olan yaşamaq icazəsinin alınması üçün onları tanış edən M.Xəbərçiyə 18 min türk lirəsi verib. Bir müddət keçəndən sonra isə Ş.Çevik nə M.Xəbərçidən, nə də qadından xəbər ala bilib.