ABŞ Məxfi Xidməti Trampa ünvanlanan şübhəli zərfi ələ keçirib


Digərləri 03 Okt 2018 08:43:00 216 0

ABŞ Məxfi Xidməti Trampa ünvanlanan şübhəli zərfi ələ keçirib

ABŞ Məxfi Xidməti oktyabrın 1-də prezident Donald Trampa ünvanlanan şübhəli zərfi ələ keçirib.

Bakı. ABŞ Məxfi Xidməti oktyabrın 1-də prezident Donald Trampa ünvanlanan şübhəli zərfi ələ keçirib. Trend-in məlumatına görə, bu barədə ölkə başçısının təhlükəsizliyinə cavabdeh olan təşkilatın yaydığı məlumatda deyilir. Məlumatda deyilir: "Məxfi Xidmət 2018-ci ilin oktyabrın 1-də prezidentə ünvanlanan şübhəli zərfin alınmasının təsdiq edir. Zərf Ağ Evdə alınmayıb və ora heç vaxt düşməyib".