Amerikalı hərbçinin etirafı: "Məni yadplanetlilər oğurlamışdı"


Digərləri 03 Okt 2018 08:31:00 245 0

Amerikalı hərbçinin etirafı: "Məni yadplanetlilər oğurlamışdı"

Bu yaxınlarda sosial şəbəkələrdə ABŞ ordusunun əskərinin qeyri-adi hekayətini əks etdirən video çarx yayımlanıb.

Son.az "ölkə.az"-a istinadən xəbər verir ki, hərbçi yadplanetlilər tərəfindən oğurlandığını bildirib. O, özünü yadplanetlilər arasında görüb. Lövhədə isə hərbçi gördüklərini çəkməyə cəhd edir.

Onu dinləyən əskərlərin üzündə təbəssüm var və ona inanmadıqları açıq-aşkar hiss edilir. Əskər isə bildirir ki, oğurlandıqdan sonra üç yadplanetli irqinin nümayəndələrini görüb. Birinci tipik kiçikboylu, böyük başlı boz, ikinci isə ağdərili hündürlər, üçüncülər isə reptiolidlər olub. Əskər lövhədə bu məxluqları çəkməyə çalışır.

Qaradərili hərbçi bildirir ki, boz yadplanetlilərin planetində olub və adi hava ilə nəfəs alıb. Bu planetlə Yerin atmosferi çox oxşardır. Onların planeti ikiqat ulduz sistemində yerləşir və bu sistemdə iki günəş var. Bu səbəbdən iqlim çox qurudur. Bundan başqa əskər bildirib ki, reptiloidlər çox aqressivdir. Onlar bəşəriyyətin real düşmənləridir. İki ayağı olan reptiloidlərin boyu 2 metrdən hündürdür və əzələlidirlər.