Cənubi Koreya əhalisinin 60 faizi KXDRlə birləşməyin tərəfdarıdır


Dünya 03 Okt 2018 08:27:00 211 0

Cənubi Koreya əhalisinin 60 faizi KXDRlə birləşməyin tərəfdarıdır

Koreya Respublikası əhalisinin təxminən 60 faizi Cənub və Şimalın birləşməsinin vacib olduğunu düşünür.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumat Seul Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Birlik və Sülh Mərkəzinin dərc etdiyi ictimai rəy sorğusunda əksini tapıb.

Respondentlərin 59,8 faizi Cənubi və Şimali Koreya dövlətlərinin birləşməsinin vacibliyi barədə suala müsbət cavab verib: bu, tarixdə ikinci koreyalararası sammitin keçirildiyi 2007-ci ildən bəri ən yüksək göstəricidir. Rəyi soruşulan insanların 45,1 faizi Koreya xalqının birliyini, 31,4 faizi müharibə təhlükəsinin aradan qaldırılmasını, 12,9 faizi isə vahid Koreyanın inkişaf etmiş ölkəyə çevrilməsini birləşmə üçün əsas səbəblərdən biri kimi görür.

Birləşmənin əleyhinə çıxan cənubi koreyalıların 34,6 faizinin fikrincə, bu, böyük iqtisadi xərclərə və sosial problemlərin artmasına səbəb olacaq.