Nazir postundan istefa verdi Bələdiyyə sədri olmaq istəyir


Dünya 03 Okt 2018 07:45:00 236 0

Nazir postundan istefa verdi  Bələdiyyə sədri olmaq istəyir

Fransada son 40 gündə üçüncü nazir istefası baş tutub.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, daxili işlər naziri Jerar Kollomb istefa verərək Lion şəhərinə qayıdacağını və orada bələdiyyə seçkilərində namizədliyini irəli sürəcəyini bildirib.

Fransa prezidenti Emmanuel Makron Kollombun istefasını qəbul etməsə də, o, qərarında qəti olduğunu bildirib:

"Həyatım boyunca söylədiyim hər şeyi etdim. İndi əsas məqsədim Liona xidmət etməkdir. Yerimə keçəcək şəxs məlum olarsa, vəzifəni sabah erkən saatlarda təhvil verəcəyəm".