Son 3 ildə 10 kmə yaxın yeni yağışkanalizasiya xətləri çəkilib VİDEO FOTO


Digərləri 03 Okt 2018 07:28:00 276 0

Son 3 ildə 10 kmə yaxın yeni yağışkanalizasiya xətləri çəkilib  VİDEO  FOTO

Heydər Əliyev prospektinin Böyük Şor yol qovşağından Sabunçu yol qovşağı istiqamətində yağış sularının kənarlaşdırılması üçün əlavə 60 metr uzunluğunda xətt çəkilib və ərazidə yeni yağış barmaqlıqları quraşdırılıb.

Avtomobil Yolları Dövlət Agentliyindən Son.az-a verilən məlumata görə, anoloji işlər Babək prosektinin Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişməsində də aparılır. Burda uzunluğu 325 metr olan əlavə xəttin çəkilişi işləri görülür. Məqsəd sözügedən ərazidə intensiv yağıntılar zamanı yolun hərəkət hissəsində yığılıb qalan yağış sularının vaxtında kənarlaşdırılmasıdır. Ərazidə əlavə 9 ədəd yağış barmaqlığının quraşdırılması da nəzərdə tutulub.


Xəbərə aid fotolar