Azərbaycanda sosial şəbəkələr qanunla tənzimlənəсək Niyə?


Digərləri 03 Okt 2018 07:00:00 278 0

Azərbaycanda sosial şəbəkələr qanunla tənzimlənəсək  Niyə?

Bu nədir - nəzarətin gücləndirilməsi, yoxsa hüquq və azadlıqların qorunması?

Bu nədir - nəzarətin gücləndirilməsi, yoxsa hüquq və azadlıqların qorunması?

Oktyabrın 1-də parlamentin payız sessiyasının ilk iclasında internetdə sosial şəbəkələrin tənzimlənməsi və bununla bağlı qanun layihəsinin hazırlanmasına dair məsələ də müzakirə edilib. Bəzi deputatlar çıxışlarında sosial şəbəkələr üzərində nəzarətin gücləndirilməsini tələb edir. Parlamentdə qeyd edilib ki, artıq "Sosial şəbəkələrin statusunun tənzimlənməsi haqqında" yeni qanun layihəsi də hazırlanır. 

Yayılan məlumatlara görə, ilkin variantda 1 fəsil və 9 maddədən ibarət olan layihədə sosial şəbəkələrdən istifadə, informasiya yayımı və s. məsələlərlə bağlı hüquqi tənzimlənmələr əksini tapıb. Qanun layihəsinin yaxın vaxtlarda Milli Məclisin komitələrində müzakirəyə çıxarılması gözlənilir.

Belə bir qanunun qəbul edilməsinin hansı ehtiyacdan yarandığını Son.az-a şərh edən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru, siyasi analitik Elçin Mirzəbəyli bildirib ki, burada söhbət heç də bəzilərinin dediyi kimi, sosial şəbəkələrə dövlət nəzarətinin gücləndirilməsindən getmir. Əksinə, məqsəd sosial şəbəkələrdə insan hüquq və azadlıqlarının qorunmasıdır: