Aleynanı məhkəməyə verdilər


Digərləri 03 Okt 2018 02:30:00 321 0

Aleynanı məhkəməyə verdilər

Ahmet Selçuk İlkan müğənni Aleyna Tilkini və aranjimançı Emrah Karadumanı məhkəməyə verib.

Son.az axşam.az-a istinadən bildirir ki, Ahmet Selami Şahinin konsertində görüntülənib. Sənətçi məhkəməyə baş vurduğunu deyib:

"Məhkəməyə baş vurduq. Oxuduğu mahnının musiqisi çox köhnə bir mahnıdandır. Bizdən icazə almadan musiqidən istifadə ediblər. Mahnınınn adı "Dipsiz kuyum"dur. Amma biz dibsiz və köksüz deyilik. Bizi o quyunun içinə atmasınlar. Əsər yeni nəsə yaratmaqdır, başqasını dəyişmək deyil. Biz bağışlasaq da illər bağışlamaz. İcazə alaraq istifadə edə bilərdi".