ANAMA "Mahmudçala" ovçuluq təsərrüfatında əməliyyat-axtarış tədbirlərini başa çatdırıb


Digərləri 03 Okt 2018 00:25:07 238 0

ANAMA "Mahmudçala" ovçuluq təsərrüfatında əməliyyat-axtarış tədbirlərini başa çatdırıb

Aşkar olunmuş partlamamış hərbi sursatlar və odlu silahlar bu gün partlayış yolu ilə zərərsizləşdirilib.

Bakı. Biləsuvar rayonu, "Mahmudçala" ovçuluq təsərrüfatının ərazisində aparılan əməliyyat-axtarış tədbirləri tam olaraq başa çatdırılıb. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, sentyabrın 1-də saat 09:32-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 09:50-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Biləsuvar rayonu, "Mahmudçala" ovçuluq təsərrüfatının ərazisində partlamamış hərbi sursatların tapılması barədə məlumatlar daxil olub. Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Biləsuvar rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.