Paşinyan istefasının şərtlərini açıqladı


Dünya 02 Okt 2018 23:08:00 289 0

Paşinyan istefasının şərtlərini açıqladı

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, "Çiçəklənən Ermənistan" və "Daşnaksütun" partiyalarının nazir və qubernatorları işdən çıxarılandan sonra istefa verəcək.

Son.az Trend-ə istinadən bildirir ki, Paşinyan bildirib: "Nazirlər və qubernatorların işdən azad olunma haqqında qərar de-yure qüvvəyə mindikdə, mən istefaya gedəcəm... Ancaq baş nazir vəzifələrini icra edəcəyəm".

Öz növbəsində "Daşnaksütun" partiyası bəyan edib ki, özü nazirlərini geri çağırır.

Baş nazir həmçinin bildirib ki, parlament yeni baş naziri seçməsə, növbədənkənar parlament seçkiləri təyin olunacaq.