Aşura günündə İmam Hüseynin neçə nəfər yaxın qohumu şəhid olub?


Digərləri 02 Okt 2018 23:10:00 309 0

Aşura günündə İmam Hüseynin neçə nəfər yaxın qohumu şəhid olub?

Aşura günü Kərbəlada şəhid olmuş Əhli-beyt üzvlərinin sayı və adları barədə fikirlər fərqlidir. Dəqiq məlum olan budur ki, İmam Hüseyndən (ə) əlavə Əbutalib soyundan olan daha 17 nəfər həmin gün şəhadətə çatmışdır.

Son.az islam.az-a istinadən bildirir ki, bunların ikisi İmam Hüseynin (ə) oğlu (Əliəkbər və Əliəsğər), beşi o həzrətin qardaşları (Abbas, Abdullah, Cəfər, Osman və Mühəmmədül-əsğər), üçü o həzrətin qardaşı İmam Həsənin (ə) oğulları (Qasim, Abdullah və Əbubəkr), ikisi o həzrətin bacısı Zeynəbin oğulları (Ovn və Mühəmməd), üçü o həzrətin əmisi Əqilin oğulları (Cəfər, Abdullah və Əbdürrəhman), ikisi də əmisi Əqilin nəvələri (Abdullah və Mühəmməd) idi. Ümumiyyətlə, Əhli-beyt şəhidlərinin sayını müxtəlif mənbələrdə 13 nəfərdən 30 nəfərə kimi qeyd edirlər. Yuxarıda adları çəkilən 17 nəfərin şəhid olması dəqiqdir.