Skripalı zəhərləyən Ruslan Bəşirov kimdir? –


Dünya 02 Okt 2018 22:57:00 299 0

Skripalı zəhərləyən Ruslan Bəşirov kimdir? –

İngiltərənin rusiyalı keçmiş agent Sergey Skripalı zəhərləməkdə ittiham etdiyi Rusiya hərbi kəşfiyyatının polkovniki Anatoli Çepiqa (Ruslan Bəşirov) ilə bağlı yeni fakt üzə çıxıb.

Son.az teleqraf.com-a istinadən bildirir ki, Ruslan Bəşirov Ukraynanın devrilmiş prezidenti Viktor Yanukoviçi Rusiyaya qaçırmaqda ittiham edilir.

Ukraynanın "Xromadske" telekanalı Ruslanın qaçırılma əməliyyatını icra etdiyini bildirib: "O, xüsusi təyinatlı qüvvələrlə birlikdə Yanukoviçin Mejiqorye rayonundakı malikanəsini mühafizə edirdi. Kiyevdə ara qarışdıqdan sonra Yanukoviçi əvvəlcə Krıma, sonra da Rusiyaya apardılar".

Telekanal buna görə, Ruslan Bəşirova "Rusiya qəhrəmanı" medalının verildiyini iddia edib. Ruslanla yanaşı, qaçırılma əməliyyatlarında Rusiya Prezidenti Vladmir Putinin keçmiş mühafizəçisi, Tula vilayətinin qubernatoru Aleksey Dyuminin də iştirak etdiyi diqqətə çatdırılıb.