Azərbaycanda bəzi yaşayış yerlərində yeni sürüşmə sahələri yaranıb


Digərləri 02 Okt 2018 22:22:00 248 0

Azərbaycanda bəzi yaşayış yerlərində yeni sürüşmə sahələri yaranıb

Azərbaycanda bəzi ərazilərdə yeni sürüşmə sahələri yaranıb, bəzi yerlərdə isə sürüşmə sahəsinin təsir dairəsi genişlənib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Ə.Qaralovun sözlərinə görə, İsmayıllıda Lahıc qəsəbəsinin şimal-şərq hissəsində (Ərəgit kənd ərazisində) eni 120-140 m, uzunluğu 280-300 m olan sürüşmə sahəsi əmələ gəlib. Sürüşmə sahəsi üzərində müşahidə olunan çatların parametrlərində artım qeydə alınıb. Bağəli sürüşmə sahəsi - kənd ərazisində mövcud olan sürüşmə sahələrinin dinamikasında aktivlik qeydə alınıb. Kənd ərazisində eni 180-190 m, uzunluğu 750-800 m və qırılma qaşının hündürlüyü 7-8 m olan yeni sürüşmə sahəsi əmələ gəlib. Qoydan kəndi ərazisində də eni 40-80 m, uzunluğu 150-170 m mövcud olan sürüşmə sahəsinin təsir dairəsi genişlənib.